Bu haqda məlumatı CCTV telekanalı özünün Tvitter səhifəsində yazıb.
Xilasetmə əməliyyatı dünən axşamdan başlayıb. Qəza zamanı göyərtədə olan sərnişinlərdən yalnız 14 nəfəri xilas edilib. Ölü sayının isə 97 olduğu deyilir.
Şahidlərin sözlərinə görə, gəmi 1 dəqiqə ərzində çevrilərək suya batıb. Gəmidə olan 456 nəfərdən 405-i sərnişin, 46 nəfər ekipaj üzvü, 4 nəfər isə turist agentliyinin əməkdaşları olub.
Səyahət gəmisinin kapitanı və baş mühəndisi saxlanılıb.
İnterpress.az