İyulun 4-də Bəylər kənd sakini 19 yaşlı Təranə Qəhrəmanova dünyasını dəyişib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
O, may ayının 4-də Marneulidə yerləşən Geo-Hospitals klinikasına müraciət edib.
Yaxınlarının verdiyi məlumata görə, qadın xəstəxanaya yerləşdikdən sonra halı pisləşib, həkimlər ailəyə heç bir məlumat vermədən əməliyyat ediblər. Mərhumun qayınatası Kamandar Qəhrəmanov InterPress.ge-yə bildirib ki, gəlininin heç bir sağlamlıq problemi olmayıb və həkim diqqətsizliyindən dünyasını dəyişib.
Mərhumun anası Rəna Sadıqova həkimlərin cəzalandırılmasını tələb edir.