Diyanət İşləri Türk-İslam Birliyinin (DİTİB) dərc etdiyi “2022 Məscid Hücumları” hesabatına görə, Almaniyada ötən il ölkədə 35 məscid müxtəlif üsullarla təhdid və ya hücuma məruz qalıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
DİTİB Ayrı-seçkiliklə Mübarizə Bürosunun hazırladığı hesabata görə, 35 hücumdan 20-si poçt və ya elektron poçt vasitəsilə məscidlərə təhqir, söyüş və təhdid mətnlərinin göndərilməsi, 7 məscidin divarlarına yazılar, fiziki 6 məscidə ziyan dəyib, 2 məsciddə yanğın olub.
Hesabatda hücuma məruz qalan 35 məsciddən 26-nın DİTİB məscidi, digərlərinin isə müxtəlif İslam cəmiyyətlərinə aid olduğu bildirilib.
Bundan başqa, 2021-ci ildə 43, 2020-ci ildə isə 111 məscid müxtəlif üsullarla hücuma məruz qalıb.
Hesabatda bu hücumların yalnız qeydə alınmış hücumlar olduğu, qeydə alına bilməyənlərin sayının daha çox ola biləcəyi də bildirilib.
Almaniyada DTİB-ə bağlı təxminən 1000 məscid var.