24 qadını zorlayan müğənni saxlanıldıbackend

24 qadını zorlayan müğənni saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən məşhur pop qrupu “EXO”nun ulduzu Kris Vu Pekin polisi tərəfindən saxlanılıb.

“CNN”in məlumatına görə, 30 yaşlı musiqiçinin gənc qadınları dəfələrlə onunla cinsi əlaqədə olmağa məcbur etdiyi iddia edilir.

Müğənni ilə bağlı ilk şayiələr ötən ay Çinin “Weibo” sosial şəbəkəsində ortaya çıxıb. Du Meizhu adlı 18 yaşlı qız müğənni tərəfindən cinsi təcavüzə məruz qaldığını yazıb. Onun sözlərinə görə, Kris Vu ona təcavüz edəndə 17 yaşı var idi. Onu klipində çəkilməsi üçün kastinqə evinə dəvət etdiyini, spirtli içki verdiyini və sonra təcavüz etdiyini söyləyib. O, açıq şəkildə Kris Vunu cinsi zorakılıqda günahlandırdıqdan sonra onun qurbanı olan digər qadınların da ona yazdığını qeyd edib.

K-pop ulduzu ümumilikdə 24 qadını təcavüz etməkdə ittiham olunur.

İfaçı ötən ay haqqındakı iddiaları təkzib edib və bu söz-söhbətə səbəb olanları məhkəməyə verəcəyini bildirib.

Qeyd edək ki, Kris Vu təkcə musiqiçi kimi deyil, həm də model kimi tanınır. Adının bu tip hadisələrdə hallanmasının ardından “Louis Vuitton”, “Bulgari”, “Porsche China” kimi bir çox marka onunla əməkdaşlığını dayandırıb.

Eyni zamanda Çinin hüquq-mühafizə orqanlarının açıqlamasından sonra müğənninin 51 milyondan çox izləyicisi olan “Weibo” səhifəsi də daxil olmaqla sosial media hesabları bloklanıb.