Turizm şirkətindən oğurluq kameralarda – VİDEObackend

Turizm şirkətindən oğurluq kameralarda – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Yasamal rayonu Cəfər Cabbarlı küçəsində turizm agentliklərindən birində baş verib. Cinayət anı müşahidə kamerasına düşüb. Ofisə daxil olan şəxs əvvəlcə ətrafa göz gəzdirir. Müşahidə kamerasını görən kimi dərhal üzünü gizlədir.

O, turizm şirkətinin işçisi Səbinə Salmanovaya əcnəbi olduğunu deyib kömək istəyir. O, 100 manatlıq əskinası xanım işçidən 1 manatlıq kimi xırdalamasını xahiş edir.

Həmin şəxs pulu o qədər ustalıqla oğurlayır ki, müşahidə kamerasına belə birinci dəfə baxanda anlamaq olmur. İkinci dəfə diqqətlə baxdıqda bilmək olur ki, 1500 avronu necə portmanatının altına salaraq oğurlayır. Zərərçəkmiş Ramil Rzayev ərazi üzrə 27-ci polis bölməsinə məlumat verib.

İndi polis görüntülər asasında özünü xarici ölkə vətəndaşı kimi təqdim edib cinayət törədən şəxsin axtarışlarını aparır. ( xezer xeber )

İnterpress.az