Meşədə azan 87 yaşlı kişi səkkiz gün çiy göbələklə QİDALANDI – FOTObackend

Meşədə azan 87 yaşlı kişi səkkiz gün çiy göbələklə QİDALANDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

87 yaşlı kişi meşədə səkkiz gün çiy göbələklərlə qidalanaraq sağ qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Kirov vilayətinin sakini, 87 yaşlı Vyaçeslav Korolyov kompasın səhv istiqamət göstərməsi səbəbindən meşədə yolu azıb.

O, bir neçə gün bataqlıqlarda hərəkət edib. İlk iki gün heç nə yeməyən kişi daha sonra tapdığı göbələkləri çiy halda yeyib və gölməçələrdən su içib.

Səkkiz gündən sonra xilas edilən Korolyov zarafatla “ömrümün sonuna qədər göbələkdən doydum” deyib.

Xuraman Etibarlı

İnterpress.az