Mürəkkəb suallarda 99% xəta: Süni intellekt vergi və maliyyə məsələlərində aldadırbackend

Mürəkkəb suallarda 99% XƏTA: Süni intellekt vergi və maliyyə məsələlərində aldadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Süni intellekt maliyyə cavablarının 57 faizində səhvə yol verir

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Aparılan araşdırma çərçivəsində 18 süni intellekt modelinə 10 mindən çox sual ünvanlanıb. Məlum olub ki, alqoritmlər hesablamalarda səhvə yol verib, yeni vergi qaydalarını nəzərə almayıb və mövcud olmayan normalara istinad ediblər. Mürəkkəb suallarda isə xətaların payı 99 faizə çatıb.

Məsələn, “Claude Haiku” modelinin vergi məsələsindəki səhvi böyük cəriməyə səbəb ola bilərdi, digər bir bot isə xaricə köçdükdə tələbə kreditlərinin ləğv olunması ilə bağlı uydurma qayda irəli sürüb.

Ən yaxşı nəticəni mühakimə rejimində “Claude Opus 5” göstərsə də, o da cavabların 39 faizində səhv edib.

Xuraman Etibarlı

İnterpress.az