7 il həbslə hədələnən bloqer böyük cərimə ödəyərək ölkədən çıxarıldı – FOTObackend

7 il həbslə hədələnən bloqer böyük cərimə ödəyərək ölkədən çıxarıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Motosikletlə təhlükəli kadrlara görə rusiyalı motobloqer Vyetnamdan ömürlük deportasiya olunub

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Rusiyalı motobloqer Yuliya Nikitina motosiklet sürərkən çəkdiyi açıq-saçıq və təhlükəli görüntülərə görə Vyetnamdan ömürlük deportasiya edilib. Turist “Yamaha R15” motosikletində hərəkət edərkən qısa ətəkdə oturacaqda fırlanıb və heç bir müdafiə vasitəsi olmadan nəqliyyat vasitəsini idarə edib. O, bütün təhlükəli eksperimentlərini sosial şəbəkələrdə paylaşıb.

Vyetnam hakimiyyəti yol hərəkəti qaydalarını pozduğuna görə bloqeri qınayıb. Nikitinanı yeddi ilədək azadlıqdan məhrumetmə cəzası gözləsə də, məhkəmə 30 milyon doqn (təxminən 1 960 manat) məbləğində cərimə və ömürlük deportasiya qərarı ilə kikifayətlənib.

Xuraman Etibarlı

İnterpress.az