Udmurtiyada məmurlar səfərbərlik və müharibə dövrünə hazırlıq üzrə təlim keçəcəklər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın dövlət satınalmaları saytı məlumat yayıb.
Udmurtiyada dövlət qulluqçuları üçün səfərbərlik hazırlığı və müharibə dövrü ilə bağlı 48 saatlıq təlim kursu təşkil olunacaq.
Proqrama səfərbərlik hazırlığının əsasları, müharibə zamanı əhalinin təminatı, hərbi uçot və vətəndaşların bronlaşdırılması mövzuları daxildir.
Təlimin 5 dekabr 2026-cı ilədək başa çatdırılması planlaşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






