Moldovada saxlanılan tiktoker Nekoglai narkotik reklamından 10 milyon rubl qazanıb
İnterpress.az xəbər verir ki, bu barədə “Mash Money” məlumat yayıb.
Moldovada saxlanılan tiktoker Nekoglai (Nikolay Lebedev) Rusiyada narkotik vasitələrin reklamından 10 milyon rubl (təxminən 203 min manat) qazanıb. Onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bloqer 2022-ci ilin dekabrında “Twitch” platformasında canlı efir zamanı narkotik mağazasının loqotipi olan köynəklə çıxış edib. Moskvada yaşadığı dövrdə o, kazino reklam müqavilələrindən təxminən 1.5 milyon dollar (təxminən 2.55 milyon manat), daha sonra isə qanunsuz qumar inteqrasiyalarından ayda 10 min dollar (təxminən 17 min manat) qazandığını bildirib.
Tiktoker və həyat yoldaşı evdə narkotik yuvası təşkil etməkdə və yeniyetmələrə narkotik verməkdə şübhəli bilinirlər. Saxlanılma zamanı o, polis əməkdaşlarına hücum edib. Qaçmağa cəhd edən həyat yoldaşı da həbs olunub.
Xuraman Etibarlı
İnterpress.az






