Papa üçün 10 min polisbackend

Papa üçün 10 min polis

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Keniyanın paytaxtı Nairobi, Katolik dünyasının ruhani lideri Papa Fransiskusu qəbul etməyə hazırlaşır. Şərqi Afrika ölkələrinə ilk dəfə səfər edəcək Roma Papası Fransis çərşənbə günü Keniyaya gəlməsi gözlənilir.
Paytaxtda təhlükəsizlik tədbirləri çərçivəsində 10 mindən çox polis hazırlıq vəziyyətinə keçib.

Nairobideki Jomo Kenyatta Beynəlxalq Hava Limanına xüsusi təyyarə ilə gələcək Papa, Keniya Prezidenti Uxuru Kenyatta tərəfindən qarşılanacaq. Daha sonra Papa, Nairobideki Birləşmiş Millətlərin binasını ziyarət edəcək, ayın sonunda Parisdə keçiriləcək \”COP21\” Sammiti ərəfəsində iqlim dəyişikliyilə bağlı çıxış edəcək.
Papa, Keniyadakı son günündə Kanqemi bölgəsindəki gecəqondu məhəlləsinin sakinlərini ziyarət edəcək və burada yaşayanlarla yemək yeyəcəkdir. Papa, Afrika turunun ikinci dayanacağı olan Uqandaya getməzdən əvvəl Nairobideki Kasarani stadyonunda gənclərlə bir araya gələcək.

İnterpress.az