Rusiyada 12 yaşlı oğlanın bədənini metal çubuq deşib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Kirov vilayətində qarajların üzərindən tullanmağı sevən 12 yaşlı oğlan ağır xəsarət alıb.
O, yıxılarkən yarımmetrlik metal çubuq bədənini deşib və ürəyinə cəmi bir santimetr qalmış dayanıb.
Yaralı yeniyetmə təcili olaraq Urjum şəhərinin rayon xəstəxanasına çatdırılıb və əməliyyat olunub.
Metal çubuq qasıq nahiyəsindən daxil olaraq qarın divarı boyunca irəliləyib.
Həkimlər çubuğu daxili orqanlara zərər vermədən ehtiyatla çıxara biliblər.
Bir neçə gün əvvəl xəstəxanadan evə buraxılan oğlan hazırda sağalır.
Xuraman Etibarlı
İnterpress.az






