İdmançımız dünya çempionu oldu – Videobackend

İdmançımız dünya çempionu oldu – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadınların mübarizəsində ölkəmizi 58 kq çəki dərəcəsində təmsil edən Boyanka Kostova qızıl medal qazanıb. O, dünya çempionu olmaqla yanaşı, yeni dünya rekorduna imza atıb. İdmançımız birdən qaldırma hərəkətində 112 kiloqramı başı üzərinə qaldıra bilib. O, təkanla qaldırma hərəkətində isə ilk cəhddə 136 kiloqramın öhdəsindən gəlib. Boyanka toplam 248 kq göstərici ilə növbəti cəhdlərin nəticəsindən asılı olmayaraq dünya çempionu tituluna sahib çıxıb. Belə ki, onun ən yaxın izləyicisi olan Çin idmançısı çıxışını 245 kq-lıq göstərici ilə başa vurub.

İdmançımız son cəhdində 140 kiloqramı da başı üzərinə qaldıraraq toplam nəticəsini 252 kiloqrama yüksəldib. Qeyd edək ki, 22 yaşlı Boyanka Kostova iki dəfə Avropa çempionu olub.(qafqazinfo)

İnterpress.az