Netanyahu Fələstinliləri təhdid etdibackend

Netanyahu Fələstinliləri təhdid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Netanyahu Fələstinliləri deportasiya etməklə təhdidi edib.
İsrail mətbuatında yer alan xəbərlərə görə, Netanyahu, \”Əsas və əlaqəli yollarındakı fələstinlilərə aid bütün nəqliyyat vasitələri axtarılcaq. Fələstinli terrorçuların ailələrinin İsraildə iş imkanları əllərindən alınacaq. Bundan başqa, hökumət sosial mediadakı təxribatlara qarşı müxtəlif üsullarla müdafiə olunmağa hazırlaşır. İsrail ordusunun və digər təhlükəsizlik orqanlarının fəaliyyətlərində heç bir məhdudiyyət yoxdur\” dedi .
Qərbi İordan çayının şimalında axşam \”bıçaqlı hücum etdiyinə görə\” vurulan fələstinli ilə onun bıçaqladığı israillinin öldüyü bildirilmişdi. İsrail polisi günortan də Qərbi Qüdsdə \”bıçaqlı hücum cəhdi\” iddiası ilə 16 yaşındakı Fələstinli bir qızı öldürmüş, 14 yaşlı bir digərini isə ağır yaralamışdı.

İsraillilərin çoxu fələstinlilərin mühakiməsiz edamına tərəfdardır.
Yəhudi məskunların fələstinlilərə hücumları və Məscidi Əqsaya qarşı basqınları bölgədə gedərək artan gərginlik ciddi həddə çatarkən, oktyabr ayının əvvəlindən bu günə 90-dan çox fələstinli öldürülüb. Həmin hadisələrdə həyatını itirən israilli sayı da 20-ni aşdı.
Şərq Qüds ilə Qərbi İordan, 1967-ci ildən İsrail tərəfindən işğal altında saxlanılır. İşğal altındakı Şərqi Qüdsdə 200 min, Qərbi İordanda isə 400 min gələn yəhudi məskun var. Beynəlxalq hüquqa görə, buralardakı bütün yəhudi yaşayış yerləri qanunsuz olaraq qəbul edilir.

İnterpress.az