Afinanın göbəyində partlayışbackend

Afinanın göbəyində partlayış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstanın paytaxtı Afinadakı Syntaqma Meydanında yerləşən Yunanıstan Sahibkarlar Federasiyası (SEV) binasının girişinə bir bel çantası içində saat mexanizmi ilə işləyən bomba qoyuldu. Bomba yerli vaxtla 03.30da partlayarkən, ölən və ya yaralanan olmayıb.

Partlayışdan təxminən 40 dəqiqə əvvəl naməlum bir şəxs, Lambrakis Media Qrupuna zəng edib və bu barədə məlumat verib. Jurnalistlərin dərhal polisi məlumatlandırması üzərinə bel çantasının qoyulduğu ərazinin ətrafı mühasirə edildi. Vaxtı gələndə partlayan bombanın səsi, Afinanın bir çox bölgəsindən eşidildi.
Digər tərəfdən bombanın məsuliyyətini üzərinə götürən olmadı. Ətrafdakı təhlükəsizlik kameralarını araşdırmağa başlayan polis rəsmiləri isə, \”Reuters\” agentliyinə verdiyi müsahibədə, hadisənin arxasında yerli anarxist qrupların olduğunu söylədi.
Yunanıstanda ağır kəmər sıxma siyasətinin ilk təsirləri görünməyə başladı. 2010-cu ildə iş mərkəzlərinə hücumlar təşkil edilmişdi. Oxşar bir hadisə ən son 2014-cü ilin aprelində baş vermişdi. \”İnqilabi Mübarizə\” adlı bir qrup Yunanıstan Mərkəz Bankına hücum etmişdi.

Interpress.az