Kameron: İŞİD-ə müdaxilə təcili olmalıdırbackend

Kameron: İŞİD-ə müdaxilə təcili olmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinad edərək xəbər verir ki, İngiltərə Baş Naziri Devid Kameron, İngilis Parlamentinin alt qanadı \”Avam Palata\”-sına 2015-ci ilin Strateji Müdafiə və Təhlükəsizlik Hesabatını təqdim edib.

Kameron, \”İŞİD İngiltərə üçün minlərlə mil uzaq bir hədə-qorxudan ibarət deyil\” deyərək, təşkilatın İngilis əsirləri edam etdiyini və Tunisdə İngilis turistlərin də öldüyü hücumu təşkil etdiyini xatırladıb.
İŞİD-in yalnız hərbi müdaxiləylə yox edilə bilməyəcəyini müdafiə edən Kameron, \”İraqda sağlam bir hökuməti, Suriyada da bir keçid hökumətini dəstəkləyəcək siyasi və diplomatik səylərə də ehtiyac var. Ancaq bəzi hərbi tədbirləri görmək üçün Suriyadakı siyasi prossesin başa çatmasını da gözləyə bilmərik\” deyə danışdı.

Kameron, parlamentə təqdim etdiyi Müdafiə Strategiyası hesabatında İngiltərənin gələcək 10 ildə edəcəyi 178 milyard sterlinliq müdafiə sərmayəsi ilə bağlı detallara da yer verib.
Daxili təhlükəsizliklə bağlı investisiya və aktları da əhatə edən hesabat, kəşfiyyat orqanları büdcələrinin, personal sayının və səlahiyyətlərinin artırılmasını da nəzərdə tutur.

Kameronun açıqladığı daxili təhlükəsizlik tədbirləri arasında, 13 noyabrda Parisdə meydana gələn terror hücumlarına bənzər bir hücuma məruz qalması halında polisə dəstək verəcək 10 min nəfərlik bir qüvvə də yer alıb.

İnterpress.az