Putin: İŞİD-i yenə Xəzərdən vuracağıqbackend

Putin: İŞİD-i yenə Xəzərdən vuracağıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İranın paytaxtı Tehranda Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhəmmədov ilə bir araya gələn Putin, Xəzər Dənizi üzərindəki hava məkanının təhlükəsizliyi ilə bağlı bəyanat verdi.
Rus lider, \”Terror aktlarını həyata keçirən terrorçular cəzasını alana qədər Xəzər Dənizindəki hava məkanını İŞİD-ə qarşı istifadə etməyə davam edəcəyik. Xəzər Dənizi ətrafındakı dostlarımızın bu vəziyyətdən duyduğu rahatsızlıq məsələsində, Qazaxıstandan bizə hər hansı bir açıqlama gəlmədi. Ancaq biz bunu nəzərə alacağıq. Bəzi narahatlıqların olduğunu başa düşürük, amma hamımız bilirik ki, Rusiyanın terrorizmlə mübarizə sahəsində sərf etdiyi bütün səylər, ən başda Rusiya üçün bir yük yaradır\” dedi.

Rus lider sözlərini belə davam etdirdi: \”İŞİD və digər terror təşkilatları, hərbi və mülki təyyarə ayırd etmədən vəhşicəsinə hərəkət edir. Bir narahatlq olduğu halında, biz bunu minimuma endirməyə çalışacağıq. Ancaq Misirdə qəzaya uğrayan Rus təyyarəsi ilə əlaqədar faciəli bir təcrübəyə sahib olduğumuz üçün, cinayətkarlar cəzasını alana qədər hava məkanından istifadə etməyi davam etdirəcəyik\”.

İnterpress.az