Kürəkənini öldürən şəxsin cəzası azaldılıbbackend

Kürəkənini öldürən şəxsin cəzası azaldılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmənin qərarı ilə apellyasiya şikayəti təmin edilib. Onun cəzası 14 ildən 12 il 6 aya endirilib.

Qeyd edək ki, Bakı şəhər sakini Elçin Lazımov Saatlı rayon sakini, 1987-ci il təvəllüdlü Rəvan Əliyevi öldürüb. Qətlə yetirilənin bədənində 57-yə yaxın bıçaq yarası aşkar edilib. Məlumata görə, Elçin Lazımov “Azəriqaz”ın əməkdaşı olub. İstintaq araşdırması zamanı məlum olub ki, Elçin Lazımovun qızı ilə bir ildir ailəli olan Rəvan arasında münaqişə olub. Bundan qəzəblənən E. Lazımov R. Əliyev bıçaqlayaraq qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Lazımov 14 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsi barədə apellyasiya şikayəti verib.(apa)

İnterpress.az