Suriyada yaralanan terror başçısı İstanbul xəstəxanalarından birinə yerləşdirilibbackend

Suriyada yaralanan terror başçısı İstanbul xəstəxanalarından birinə yerləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin tanınmış jurnalislərindən Mustafa Seyfullah Kılıç məlumat yayıb.

M.Kılıç bir mühüm xəbəri təsdiqləndikdən sonra yaydığını bildirərək yazır: “Təsdiqlənərsə, mühüm bir məlumat verəcəyimi söyləmişdim. Bu önəmli xəbərlərdən birincisi budur ki, MİT (Milli Kəşfiyyat İdarəsi, – red.) tərəfindən dəstəkələnən \”Cund Əş-Şam\” terror təşkilatının başçısı Əbu Muslim Şişani yaralı vəziyyətdə öncə Adanaya, oradan isə İstanbul “Fatih Medical Park Hastanesi”nə gətirilib”.

Jurnalist terror başçısının etnik kimliyini də açıqlayaraq onun çeçen olduğunu bildirib.

M.Kılıçın digər mühün açıqlaması isə Türkiyədən Suriyaya keçirilməsinə cəhd edilən \”TIR\”-ın ələ keçməsilə bağlı olub. Onun sözlərinə görə, Türkiyə-Suriya sərhəddindəki Hatay rayonunda şübhəli bir \”TIR\” saxlanılıb. Jandarma tərəfindən axtarış aparılarkən yük maşınında silah-sursat aşkarlanıb, lakin olay yerli KİV-lərdən gizlədilib. “TIR-da bir MİT əməkdaşı da vardı və maşında TOW raketləri daşınırdı. MİT dərhal prosesə müdaxilə edərək hadisəni ört-basdır etdi və maşınlar üçün tutulan aktları müsadirə edib.

\”Bu hadisə ötən gecə gerçəkləşdi”, – deyə M.Kılıç “Önəmli” başlıqlı növbəti məlumatında açıqlayıb.

İnterpress.az