Türkiyə Cumhurbaşqanlığı (Prezident Aparatı) hərbi təyyarənin Rusiyaya məxsus olduğunu açıqlayıb. Vurulan təyyarənin \”Su-24\” tipli hərbi təyyarə olduğu bildirilib.
Xatırladaq ki, Türkiyənin hava sərhədini pozan hərbi təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus \”F-16\” qərəcıları tərəfindən vurularaq yerə salınıb. Təyyarə Suriya ərazisinə düşüb. İki pilot katapult edərək xilas olub.
Əlavə edək ki, bu il oktyabrın 16-da Türkiyə hava sərhədini pozan pilotsuz uçuş aparatı Türkiyə təyyarələri tərəfindən vurulub. Aparatın Rusiya istehsalı olduğu açıqlanıb.(apa)
İnterpresss.az