450 min avtomobilini geri çağırdıbackend

450 min avtomobilini geri çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Ford 450 min avtomobilini geri çağırıb.Səbəb yanğın riski təşkil edən yanacaq sızmasıdır.

\”Ford\”-dan edilən açıqlamada, qüsurlu avtomobillərin Şimali Amerikada yola çıxdığı bildirildi. 2010 və 2011-ci illər model \”Fusion\”-ların eyni zamanda Meksikadakı Hermosillo zavodlarında iyul 2008 – mart 2011-ci illər arasında istehsal edilən \”Mercury Milan\” modellərinin qüsurlu olduğu qeyd edilib. Bəyanatda həmin istehsal səhvinə görə indiyə qədər hər hansı bir qəza, yaralanma və ya yanğın hadisəsinə təsadüf olunmadığı qeyd olunub.

Avtomobil sektorunda ötən illərdə milyonlarla avtomobil qüsurlu hava yastıqları səbəbi ilə geri çağrılmışdı. Takata şirkətinə məxsus hava yastıqlarının partlayaraq metal qəlpələr saçdığı deyilir. Qüsurlu \”airbag\”-lara görə 6 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı iddia edilir.

Takatanın qüsurlu hava yastıqları ən çox \”Honda\”-ya təsir etdi. Ancaq \”Honda\” ilə yanaşı, \”BMW\”, \”Fiat Chrysler\”, \”Ford\”, \”General Motors\”, \”Mazda\”, \”Mitsubişi\”, \”Nissan\”, \”Subaru\” və \”Toyota\” markalı avtomobillər də geri çağırılıb.