Yunanıstana 2 milyard avro kreditbackend

Yunanıstana 2 milyard avro kredit

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ASM-dən verilən məlumata görə, Yunan hökuməti lazımlı tənzimləmələri etdiyi üçün Yunanıstana 3-cü xilas etmə paketinin 2 milyard euroluk hissəsi sərbəst buraxıldı.
Yunanıstan, sərbəst qalan krediti, borc istiqamətində və AB-nin struktur fondları maliyyələşdiriləcək layihələrdə istifadə olunacaq. ASM Sədri Klaus Reqlinq məsələ ilə bağlı, \”Bu gün alınan 2 milyard avroluq ASM fondunun sərbəst buraxdığı kredit qərarı, Yunan hökumətinin proqrama və lazımi islahatları həyata keçirməyə sadiqliyinin əks olunmasıdır\” dedi.

Maliyyə sektor islahatlarının bank sektorunun kapital quruluşlarının keçirilməsinin dəstəklənməsində çox mühüm rol oynadığını bildirən Reqlinq, \”Əgər proqramın icrası davam edərsə, Yunan xalqının islahat səyləri gözə çarpacaq bir yaxşılaşma təmin edəcək\” fikrini ifadə etdi.

Yunanıstana 3-cü xilas etmə planı çərçivəsində bütövlükdə 86 milyard avroluq kredit təmin olunacaq. Bu kredit, hissələr halında veriləcək. Kreditinin 16 milyard avroluq ilk hissəsinin 13 milyard avroluq hissəsi, müqavilə imzalananda sərbəst buraxılmışdı. Son müqavilə ilə daha 2 milyard avro sərbəst qaldı. Bu dövrdə geriyə qalan bir milyard avro da Yunanıstandakı islahatların davam etməsi üçün sərbəst buraxılacaq.

İnterpress.az