İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyadan edilən açıqlamada: \”Lavrovun Türkiyə səfəri ləğv edilməyəcək. Lavrov sabah Türkiyəyə gəlir\” deyildi.
Türkiyənin Moskva Səfirliyindən verilən məlumata görə, Firudin Sinirlioğlu və Sergey Lavrov, Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (ÜDİK) aşağı təşkilatlarında Birgə Strateji Planlaşdırma Qrupunun 5-ci iclasına sədrlik edəcək.
İstanbulda keçiriləcək toplantıda, 15 dekabr 2015-ci il tarixində Rusiyada keçirilməsi planlaşdırılan 6-ci \”ÜDİK\” İclası hazırlıqları gözdən keçiriləcək və ikitərəfli əlaqələr qiymətləndiriləcək. İclasda habelə başda Suriya böhranı olmaq üzrə, iki ölkənin müştərək əlaqələr sahəsində yerləşən prioritet xarici siyasət məsələlərinə dair geniş fikir mübadiləsi aparacağı bildirilib.
Digər tərəfdən, Lavrov və Sinirlioğlu görüşündə, bu gün Türk \”F-16\”-ları tərəfindən Suriya sərhədində Rusiyaya məxsus \”Su-24\” tipli döyüş təyyarəsinin vurulmasının da gündəmə gəlməsi gözlənilir. Təyyarə gərginliyinin Lavrovun səfərini necə təsir edəcəyi bilinmir.
interpress.az