Sərhəddə vurulan  təyyarəyə Ankaradan ilk reaksiyabackend

Sərhəddə vurulan təyyarəyə Ankaradan ilk reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az türk mətbuatına istinad edərək xəbər verir ki, Baş nazir Əhməd Davudoğlu ilk məlumatları aldıqdan sonra, Xarici İşlər Nazirliyinə NATO və BMT nəzdnində olan təşkilatlarla danışıqlar aparması təlimatını verdi.
Baş qərargah Rəisi Hulusi Akar, Prezidenti Rəcəb Tayyib Ərdoğana insident ilə bağlı geniş məlumat verib.

Baş nazir Əhməd Davudoğlunun Suriya sərhədindəki hadisələrlə bağlı Baş Qərargah Rəisi General Hulusi Akar və Xarici İşlər Naziri Firudin Sinirlioğlundan məlumat aldığı bildirilib.

Baş nazirin mənbələrindən alınan məlumata görə, Baş Nazir Davudoğlu, Baş Qərargah Rəisi, Ordu Generalı Akar və Xarici İşlər Naziri Sinirlioğlu ilə görüşüb.

Davudoğlunun, görüşdə Suriyadakı hadisələrlə bağlı məlumat aldığı qeyd olunub.

Bu arada Baş Nazir Davudoğlunun təlimatı ilə, Xarici İşlər Nazirliyi, NATO, BMT və müvafiq ölkələr yanında lazımi məsləhətləşmələr keçiriləcəyi qeyd edilib.

Çankaya Köşkündə bazar günü keçirilən təhlükəsizlik konfransında, sərhəd pozuntularına qarşı hər cür tədbirin alınması istiqamətində göstəriş verilmişdi.

İnterpress.az