Bankdan AzNews.az-a daxil olan məlumata görə, “Muğanbank”ın bu adda müştərisi yoxdur: “Nəzərinizə çatdırmaq istəyirik ki, nəinki Binəqədi filialında, ümumiyyətlə “Muğanbank” ASC-də Hüseynov Malik Abbas oğlu adlı müştəri yoxdur və bank tərəfindən DYP–yə Hüseynov Malik Abbas oğluna məxsus avtomobilin saxlanılmasına dair müraciət olunmayıb”.
İnterpress.az