İnterpress.az Küveytin \”Al-Rai\” qəzetinə istinadən xəbər verir ki, 5 saat davam edən döyüşlərin nəticəsində Rusiya Federasiyası quru qoşunları İdlib və Latakiya arasında strateji yüksəklikləri tutublar
Qəzet yazır: \”Əməliyyatda 130 mm-lik artilleriya (topxana) silahları və hava bombardmanları istifadə olunub. Bu manevrlər əsgərlər üçün əsl sınaq olub. Rusiyalı hərbçilər bildirir ki, Suriya ordusu yalnız maddi-texniki məsələləri təmin edib və döyüşlərdə birbaşa iştirak etməyib\”, – deyə mənbə bildirib.
Qeyd olunur ki, Rusiya hərbçiləri itkilərlə üzləşməyib.