\”Hayastan\” fondunun nümayəndəliyi tərəfindən noyabrın 18-22-də Fransada təşkil olunmuş 16-ci ümumavropa telemarafonunda 1,3 mln. avro məbləğində ianə və yardım toplanıb.
İnterpress.az erməni saytlarına istinadən xəbər verir ki, həmin fondun mətbuat xidmətindən bildirilib ki, telemarafonda erməni icmasının Fransa nümayəndəliyi 1.205.569 avro, Almaniya 76.050 avro, İsveçrə isə 24.544 avro maddi yardım toplayıb.
Toplanan vəsait icma mərkəzlərinin tikintisi üçün, Dağlıq Qarabağın kənd təsərrüfatı proqramlarının inkişafı və o cümlədən Ermənistanın Тavuş rayonu sakinlərinə maddi yardım kimi göndəriləcək.
Bununla bərabər fondun Yunanıstan nümayəndəliyi öz icması ilə noyabrın 22-də Afinada telemarafon keçirib. Toplanmış 29 min avro Dağlıq Qarabağın “Karin” kəndində uşaq bağçasının tikintisi üçün göndəriləcək.
İanə yığımı davam edir.
Başqa bir erməni saytı isə belə yazır: \”Hayastan\” ümumerməni fondu 1992-ci ilin martında Ermənistan prezidentinin fərmanı ilə yaradılıb. Fond ölkə qarşısında duran problemlərin effektiv həllini tapan bir qurum kimi, Ermənistan və Qondarma Dağlıq Qarabağ Respublikasının çiçəklənməsi işinə öz layiqli töhfəsini vermək imkanı qazanıb. Fond yarandığı gündən 1988-ci ildə baş vermiş zəlzələdən zərər çəkmiş hər bir erməniyə, rayonlara, eləcə də Ermənistan və Qondarma DQR rayonlarının hərbi əməliyyatlar zamanı dağıdılmış infrastrukturunun bərpasına kömək edib. Fond üçün mühüm vəzifələri fondun himayədarlar şurasının sədri olan rəhbər orqan -Ermənistan prezidenti müəyyən edir.
1996-ci ildən başlayaraq, fondun illik теletonu və fonеtonu Ermənistan və Qondarma DQR əhalisinin rifahının yaxşılaşdırılmasına yönəldilir. \”Hayastan\” Ümumerməni fondu mövcud olduğu illər ərzində 700-dən çox xeyriyyə proqramları yerinə yetirib.
Erməni fondunun topladığı rekord məbləğ 2008-ci ildə keçirilən marafonda 35 milyon dollar olub.
İnterpress.az