ABŞ-da polis 17 yaşlı gənci belə öldürdü – VİDEObackend

ABŞ-da polis 17 yaşlı gənci belə öldürdü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinad edərək xəbər verir ki, hadisə, 20 oktyabr 2014-cü ildə Çikaqoda meydana gəldi. Qara dərili Laquan Makdonald, onu təqib edən polis məmuru Cason Van Dik tərəfindən avtomobil oğurluğu etdiyi və əlindəki bıçağı verməyi rədd etdiyinə görə yolun ortasında vurularaq öldürülüb. Polisin Makdonalda 16 dəfə atəş etdiyi müəyyənləşdirilib.

Bir ildən artıq çəkən prossesin sonunda, əyalət prokuroru polis məmuru Cason Van Dikin birinci dərəcəli cinayətlə günahlandırdığını bildirib. Görüntülərin bu gecə yayımlanmasının ardından Çikaqoda çox sayda gənc, polis zorakılığına etiraz etmək üçün küçələrə çıxıb. Küçələrə axışan nümayişçilərin gərginliyi artırmasından ehtiyat edilir.

Amerikan polisinin xüsusilə Ferquson, Baltimor və Nyu-York şəhərlərində qara dərililərə qarşı etdiyi zorakılıq hadisələri etirazlara yol açıb və ABŞ-da ədalət sisteminin mühakimə edilməsinə səbəb olmuşdu.

İnterpress.azhttps://youtube.com/watch?v=YoU2kDWWRpY