Daha bir məmur cinayət başında yaxalandıbackend

Daha bir məmur cinayət başında yaxalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi xəbərə görə, əməliyyat zamanı 5 saylı TSEK-in sədri vəzifəsində işləyən Fəsad Mustafayev II qrup əlil olan Bakı şəhər sakinindən 1200 manat rüşvət alarkən cinayət başında həbs edilib.
Araşdırma zamanı bəlli olub ki, F.Mustafayev görmə qabiliyyəti həddən artıq zəif olan şəxsə əlillik dərəcəsi vermək üçün 1500 manat rüşvət istəyib. Lakin qarşı tərəf 1500 manatı 1200 manata endirə bilib.
F.Mustafayev noyabrın 23-də xidməti otağında rüşvət alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb (trend).

İnterpress.az