Netanyahudan yaşayış yerləri açıqlamasıbackend

Netanyahudan yaşayış yerləri açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ərəb mətbuatına istinadən xəbər verir ki, İsrail radiosunun xəbərinə görə, Netanyahu Yaxın Şərqə səfəri çərçivəsində İsraili ziyarət edən ABŞ Xarici İşlər Naziri Con Kerri ilə görüşündə \”İsrailin Qərbi İordandakı yaşayış məntəqələri tikintisinin dayanmadığını və dayanmayacağını \” ifadə etdi.

Netanyahunun həmçinin görüşdə \”Əgər beynəlxalq birlik, C bölgəsində Fələstinlilərə tikinti icazəsinin verilməsini gözləyirsə, biz də beynəlxalq birlikdən yaşayış məntəqələrimizin tikinti haqqını tanımağını gözləyirik\” ifadələrinə yer verdiyi qeyd edilib.

Yaxın Şərq turu çərçivəsində İsraili ziyarət edən ABŞ Xarici İşlər Naziri Kerrinin, buradakı danışıqlarının ardından Ramallaha getdiyi qeyd olunub.

Şərqi Qüds ilə Qərbi İordan, 1967-ci ildən bəri İsrail tərəfindən işğal altında saxlanılır. İşğal altındakı Şərqi Qüdsdə 200 min, Qərbi İordanda isə 400 min Yəhudi köçü var. Beynəlxalq hüquqa görə, buralardakı bütün Yəhudi yaşayış məntəqələri qeyri-qanuni hesab edilir.

Fələstin ilə İsrail rəhbərliyi arasında 1995-ci ildə imzalanan \”İkinci Oslo Müqaviləsi\” çərçivəsində Qərbi İordan; A, B və C bölgələrinə ayrılmışdı. Yüzdə 18-i əhatə edən \”A bölgəsinin\” rəhbərliyi inzibati və təhlükəsizlik olaraq Fələstinə, yüzdə 21 \”B bölgəsinin\” inzibati rəhbərliyi Fələstinə, \”təhlükəsizliyi\” İsrailə təhvil verilərkən, yüzdə 61-ni əhatə edən \”C bölgəsinin\” \”idarə və təhlükəsizliyi\” İsrailə verilmişdi.

İnterpress.az