İnterpress.az xarici mətbuata istinad edərək xəbər verir ki, ölümə məhkum edilən müttəhimlər, Əlirza Şahi, Səid Nəcəfi, Fərşad Həqqi, Məhəmməd Beygi və Məhəmməd Polombe noyabrın 24-ü sübh saatlarında İranın Kərəc şəhərinin Rəcayişəhr zindanının həyətində dar ağacından asılıb.
Həmçinin həmin ittihama görə dar ağacının ayağına qədər aparılan daha 5 məhbus, Qulamrza Ərəb Derazi, Əmir Mehdi Səidi, Məcid Bazyari, Hüseyn Zendecan və Arif Məhəmmədi, öldürdükləri şəxslərin ailələrindən qısa bir müddətə möhlət alaraq yenidən saxlandıqları korpusa qaytarılıblar.
Onların öldürülən şəxslərin qan pulunu ödəyib edamdan qurtarmaq üçün möhlət aldığı təxmin edilir.
Qeyd edək ki, son aylarda İranda eamların sayının kəskin artması beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub.
İnterpress.az