Ölkədə hər 3 nəfərdən birinin banka borcu varbackend

Ölkədə hər 3 nəfərdən birinin banka borcu var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu bildirib. Ekspertin sözlərinə görə, bu günə qədər banka borcu olmayan və cibində hətta 1 manat pulu olan varsa, o, ölkə əhalisinin 38 faizindən varlıdır: “Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) üzrə 2015-ci ilin 9 ayının yekunlarına görə, oktyabrın 1-ə ölkədə borcalanların sayı 2 milyon 505 min 575, zaminlərin sayı isə 1 milyon 184 min 202 nəfər olub. Bu o deməkdir ki, ölkə əhalisinin 38,5 faizi və ya 3,7 milyon nəfərinin 44 bank və 41 bank olmayan kredit təşkilatı qarşısında birbaşa və dolayı yolla öhdəliyi vardır. Son 5 ayda birbaşa borcu olanların sayı 90 min nəfərdən çox, zaminlərin sayı isə 70 min nəfərə qədər artırb. MKR-in digər açıqlamasına görə, ölkə üzrə bütövlükdə kredit məlumatlarının sayı 10,4 milyondan çox olub”.

Ekspert hesab edir ki, orta hesabla 1 borcalanın 4 bank qarşısında öhdəliyi formalaşıb: “1 banka borcunu ödəyə bilməyənlər digər banklardan da kredit götürməklə vəziyyətdən çıxmağa çalışırlar. Bu da bir çox bank və bank olmayan kredit təşkilatlarında borcalanlarla işin düzgün qurulmadığını xarakterizə edir. Ölkədə hər 3 adamdan ən azı 1-nin banklar qarşısında bu və ya digər qaydada borc öhdəliyi formalaşıb”.

İnterpress.az