Əsəd qüvvələri cənubdakı Türkmən kəndlərinə hücum edirbackend

Əsəd qüvvələri cənubdakı Türkmən kəndlərinə hücum edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, rejimin, Rusların da dəstəyi ilə Suriyanın Lazkiye kəndindəki hücumları fasiləsiz davam edir.Suriyada rejim qüvvələri dünən rayonun şimalındakı Kızıldağ yüksəkliyini itirməsinin ardından, cənub kəndlərinə hava dəstəkli hücumlarını davam etdirir.
Türkmənlərin güneydəki son kəndi olan Qimam və ətrafını ötən həftələrdə ələ keçirən Əsəd qüvvələri, yüksək olması səbəbindən strateji əhəmiyyətə malik Burcul Kasab nöqtəsini almağa çalışır.

Suriya Türkləri Dərnəyinin Baş Katibi Əhməd Vəzir, regiondakı münaqişələri qiymətləndirərək, saat 03.00-dan etibarən rayonun cənubunun intensiv şəkildə hədəfə alındığını deyib.

Hücumlardan Türkmən kəndlərinin hamısının dağıntıya məruz qaldığını ifadə edən Vəzir, \”Cənub nöqtəsi intensiv şəkildə bombalanır. Rejim, Cəbəl Əkrad regionu ilə birgə etdiyi hücumlarla, Türkmən qoşunlarının buraya dəstəyini kəsərək Lazkiyə kəndindəki müxalifləri tamamilə sıxışdırmağı hədəfləyir. Hər iki bölgəyə də havadan yağış kimi bombalar yağır\” deyə danışdı.

İnterpress.az