İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın \”Süddeutsche\” qəzetinə qaçqın böhranına dair bəyanatlar verən Fransa Baş Naziri Manuel Valls, Avropanın sərhədlərinin qorunmasının Aİ-nin taleyində həlledici olacağını bildirib. Valls, \”Əgər bunu etməsək, (Aİ-dəki) xalqlar, Avropa bitdi! Deyəcəklər\” fikrini vurğuladı.
Parisdə 13 noyabrdakı terror hücumlarını təşkil edən canlı bombalardan ikisinin Yunanıstan və Serbiya ərazisindən Qərbi Avropaya qaçqın kimi gəldiyini xatırladan Valls, minlərlə miqrantın \”nəzarətsiz şəkildə Avropaya qəbul edilməsi\” əvəzinə, Suriyaya qonşu olan ölkələrə daha çox qaçqın alınması istiqamətində həll olmasını tələb etdi.
Valls, \”Əks təqdirdə, Avropanın sərhədlərini təsirli bir şəkildə qorumaq məsələsi böyük bir mübahisəyə səbəb ola bilər\” dedi.
Aİ-dən, Yaxın Şərqdən gələn qaçqın axını dayandırmasını tələb edən Valls, \”Avropaya daha çox qaçqın qəbul edə bilmərik. Bu mümkün deyil ! \” deyə danışdı.
İnterpress.az