Peşmərgə 2 kəndi terror təşkilatı İŞİD-dən xilas etdibackend

Peşmərgə 2 kəndi terror təşkilatı İŞİD-dən xilas etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Peşmərgə güclərinin, bu gün səhər keçirdiyi əməliyyatda Mosul Bəndi cəbhəsində Vanke Nahiyəsinə bağlı 2 kəndi terror təşkilatı İŞİD-dən xilas etdiyi bildirildi.

Peşmərgə Xüsusi Zerevani Birliyi tərəfindən verilən yazılı açıqlamada, səhər erkən saatlarda Mosul Bəndi və Vanke Nahiyəsindəki İŞİD yaraqlılarına qarşı başlanılan əməliyyatda Məsric və Tinbə kəndlərinin nəzarət altına alındığı bildirildi.
İŞİD yaraqlılarının əvvəlcədən yola yerləşdirdiyi partlayıcıların zərərsizləşdirildiyi və əməliyyatın uğurla nəticələndiyini ifadə edilən açıqlamada, onlarca arca İŞİD terrorçusunun da öldürüldüyü qeyd edilib.

Interpress.az