Rus təyyarəsi vuruldu, səsi İrandan gəldi!backend

Rus təyyarəsi vuruldu, səsi İrandan gəldi!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az İran mətbuatına istinadən xəbər verir ki,dünyanın aparıcı bir çox qəzeti, Putinin dünən verdiyi bəyanatı \”arxadan bıçaqlanydiq\” ifadəsini böyük manşetlərlə birinci səhifədə verərkən, Türkiyədən edilən açıqlamalara daha az yer verilib.

İranın \”Vətəne Emruz\” qəzeti, \”Türkiyə odla oynayır\” başlığı ilə manşetdən verdiyi xəbərdə Putinin \”səssiz qalmayacağıq\” dediyini yazdı.

Mühafizəkarlara yaxın \”Civan\” qəzeti, \”İŞİD-lə mübarizə edənlərə NATO xəncəri\” başlığı ilə verdiyi xəbərində, Putinin hadisəyə dair, \”Çox ciddi nəticələri olacaq\” ifadəsinə yer verib.

Rəsmi \”İran\” Qəzeti, \”Ərdoğan və Putindən Suriya səmasında güc nümayişi\” başlığı ilə verdiyi xəbərdə, Putinin \”Terrorçularla əlbir olanlar, bizi arxadan bıçaqladılar\” fikrini qabartdı.

Digər qəzetlərin əksinə, islahatçılara yaxın \”Bahar\” qəzeti isə Türkiyəni ön plana çıxardı. Qəzet, \”Təyyarə vuruldu, Putin şokda\” başlığı ilə yaydığı xəbərdə, \”NATO, Rusiyanın Türkiyəyə etdiyi təcavüzün cavabını verəcək\” ifadələrini vurğuladı.

Rus təyyarəsi vuruldu, səsi İrandan gəldi!
Rus təyyarəsi vuruldu, səsi İrandan gəldi!

İnterpress.az