Ukrayna: “Hava məkanını pozan Rusiya təyyarələrini vuraqbackend

Ukrayna: “Hava məkanını pozan Rusiya təyyarələrini vuraq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının Sədri Aleksandır Turçinov Ukrayna hava məkanını pozan Rus təyyarələrinə eyni şəkildə cavab verilməsi lazım olduğunu söylədi.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Sədri Aleksandır Turçinov, Türk \”F-16\” təyyarələrinin Rus hərbi təyyarəsini vurması ilə bağlı, \”Türk tərəfi, atəş açmazdan əvvəl Rus tərəfini, özünün hava məkanının Rus təyyarələri tərəfindən pozulmasının qəbul edilməz olduğu barədə dəfələrlə xəbərdarlıq edib. Rus təyyarəsinin vurulmasından əvvəl də, bir neçə dəfə xəbərdarlıq edilib və ancaq bundan sonra Rus təyyarəsi vuruldu\” dedi.

Ukrayna, Rusiya təyyarələrinin ölkədən tranzit keçidini qadağan edib.

Ukrayna Baş Naziri Arseniy Yatsenyuk verdiyi açıqlamada, Nazirlər Kabineti qərarına görə Ukrayna hava məkanının Rusiya təyyarələrinin tranzit keçidinə bağlanıldığını bildirib.

İştirak etdiyi televiziya proqramında məlumat verən Ukraynalı Baş Nazir, \”Rusiya hava yolu şirkətləri bundan sonra uçuşlar üçün Ukrayna hava məkanından istifadə etmək hüququna malik deyillər\” – dedi.

Kiyev daha əvvəl Rusiya hava yolu şirkətlərinə məxsus təyyarələrin ölkəyə enişini qadağan etmiş, iki ölkə arasında 25 oktyabr tarixindən etibarən uçuşlar qarşılıqlı olaraq dayandırılmışdı.

İnterpress.az