Baş nazir Davudoğlu: “Rusiya bizim dostumuzdur!”backend

Baş nazir Davudoğlu: “Rusiya bizim dostumuzdur!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az türk mətbuatına istinad edərək xəbər verir ki, Davudoğlu: \”Dünən səhər saatlarında Hatay Vilayətinin Yayladağı rayonunda Türk hava məkanını pozan təyyarə xəbərdarlıqlara baxmayaraq hava məkanını tərk etməyincə hərbi hava qüvvələrimiz tərəfindən vurulub. Vurulan təyyarənin Rusiya Federasiyasına məxsus olduğu bizə Rusiya tərəfindən bildirilib. Bu təyyarə Türk hava məkanı pozuduğu zamanı vurulmuşdur. Qarşı tərəfə qaydalarımız açıq bir şəkildə izah edilmişdir.

Bu heç bir şəkildə meydana gəlməsini arzu etmədiyimiz bir hadisədir. Hadisə sonrasında lazımlı bütün diplomatik tədbirləri görürük. Pozulan hava sərhədi suveren Türk hava məkanı, eyni zamanda NATO hava məkanıdır.

Rusiya orqanlarına da hadisənin təfərrüatları barədə məlumat verdik. Bizim Rusiya ilə siyasi, iqtisadi və mədəni əlaqələrimiz son dərəcə güclüdür. Rusiya Federasiyası ilə gərginlik yaşamaq kimi bir niyyətimiz yoxdur.Rusiya bizim dostumuzdur. Böyük dövlətlər arasındakı münasibətlər rabitə qəzalarına fəda edilməz.\”

Interpress.az