Rəsul Quliyev noyabrın 15-dən işıqsız qalıbbackend

Rəsul Quliyev noyabrın 15-dən işıqsız qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az saytına müraciət edən Suraxanı sakini deyir ki, evlərində nə qaz, nə də işıq var: “Bura ailəvi yataqxanadır. Bu yataqxanada heç vaxt qaz olmayıb. Çünki tikilinin layihəsi buna imkan vermir. Evləri qızdırmaq və mətbəxdə xörək hazırlamaq üçün elektrik enerjisindən istifadə edirdik. Noyabır ayının 15-dən elektik verilişini dayandırıblar ki, 1200 manat borcunuz var”.

R.Quliyev deyir ki, elə qonşuları var ki, onların hətta 5 minə qədər borcları var. Amma bəzilərinin işıqları yanır. Böyük məbləğdə borcun yığılmağına gəlincə, bu, “Barmek”in zamanından qalıb. Hazırda adıçəkilən ünvanda külli miqdarda borcun içində olan birinci qrup gözdən əlil Rəsul Quliyev soyuqdan donur.

Məsələyə aydınlıq gətirmək üçün \”Azərişıq\”-la əlaqə saxladıq. Qrumda aparılan araşdırma zamanı bəlli oldu ki, şikayətçinin 700 manat sayğac borcu var. Araşdırma aparan qrum işçisi bildirdi ki, Rəsul Quliyev 200 manat ödəniş etdikdən sonra onun işığı yandırılacaq. Bunu qanunlar bunu tələb edir.

P.S Bir əfqan məsəli var: Qanunlar da su kimidir, hər zaman üzüaşağı axar, heç vaxt üzüyuxarı axmaz. Beləcə, o daş kimi qanunların soyuqluğunda bir ailə donur, üç körpəsi ilə birgə.

Abuzər