​MTRŞ ilə ANS-in məhkəməsində mübahisəbackend

​MTRŞ ilə ANS-in məhkəməsində mübahisə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Vüsalə Baxışovanın sədrliyi ilə keçirilən iclasda ANS-in nümayəndəsi Muxtar Mustafayev çıxış edib. O bildirib ki, ANS TV çəkdiyi \”Abşeron\” adlı televiziya serialını 5 noyabr 2015-ci il tarixində MTRŞ-ya təqdim edib.

MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov isə ANS TV-nin Şuraya başqa adda bir televiziya serialı təqdim etdiyini bildirib:

\”ANS TV-yə 160 min manat vəsait 1 800 dəqiqə davam edəcək \”Abşeron\” adlı serialın çəkilməsi üçün ayrılıb. Lakin ANS TV saxtakarlıq edərək MTRŞ-ya \”Sevgi naminə\” adlı serial təqdim edib\”.
Prosesdə tərəflər arasında mübahisə düşüb.

ANS-in nümayəndəsi məhkəmədən vaxt istəyib. Növbəti proses dekabrın 9-na təyin edilib.

Qeyd edək ki, MTRŞ televiziya kanalından serial çəkilişi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edir. ( report.az )

İnterpress.az