Xəzərdən su içəcəyikbackend

Xəzərdən su içəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyi \”Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu\” Açıq Səhimdar Cəmiyyətinin sədr əvəzi Ramik Əşrəfov Movqe.az-a açıqlamasında bildirib ki,bu ilin yanvar ayından bu rəqəmin ən azı 2000 kuba çatdırılacağı nəzərdə tutulur.
Məlumatlara görə, qlobal iqlim dəyişmələri ilə əlaqədar temperaturun və buxarlanmanın artması nəticəsində su ehtiyatlarımız 20-25 faiz azala bilər. BMT-nin Minilliyin İnkişaf Hədəfləri hesabatında yer alan məlumatlar da dünyanı yaxın gələcəkdə şirin su problemi ilə üz-üzə qalmaq təhlükəsinin gözlədiyi əks olunub. Ekspertlərin rəyinə görə isə təmiz və içməli su problemi Azərbaycanın ekoloji problemləri sırasında da ilk yerlərdən birini tutur. Bu günlərdə bu məsələyə toxunan ekologıya və təbıı sərvətlər nazıri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib ki, Xəzər dənizi suyunun şirinləşdirilməsi ilə bağlı planaların son mərhələsindəyik. Nazir yanvar ayından ümumilikdə gün ərzində 6 min kubmetrə qədər duzlu suyu şirinləşdirib istifadə edə biləcəyini söyləyib. Qeyd edək ki, dəniz suyunun şirinləşdirilərək içməli su kimi istifadəyə verilməsinin artıq vaxtı çatdığı qlobal iqlim dəyişikliyi ilə bağlı təşkil olunmuş beynəlxalq simpoziumlarda da dəfələrlə gündəmə gətirilib. Azərbaycan isə bu işə xeyli müddətdir ki, başlanılıb. Artıq ölkəmizdə gün ərzində Xəzər dənizindən götürülən 1000 kub metr su şirinləşdirilərək istifadəyə verilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi \”Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu\” Açıq Səhimdar Cəmiyyətinin sədr əvəzi Ramik Əşrəfov Movqe.az-a açıqlamasında bildirib ki,bu ilin yanvar ayından bu rəqəmin ən azı 2000 kuba çatdırılacağı nəzərdə tutulur. R. Əşrəfov deyir ki, hazırda Xəzər dənizindən götürülərək şirinləşdirilən su yaşıllaşdılmada istifadə olunsa da, ümumiyyətlə içməyə yararlı sudur: \”Sadəcə olaraq bu sudan hələki yaşıllaşdırmada, suvarmada istifadə olunur. Amma gələcəkdə içməli su kimi də istifadəyə verilməsi də nəzərdə tutulur\”.

İnterpress.az