İnterpress.az ans press-ə istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı xəbər yayıb.
Bildirilir ki, təyyarənin vurulması ilə bağlı razılıq Antalyada keçirilən \”Böyük iyirmiliyin\” sammitinin gedişatında olub. Obama ilə görüş zamanı Ərdoğan Obamaya Rusiya təyyarəsinə zərbə vurmağı təklif edib. Obama buna müsbət cavabı baş hərəkəti ilə verib.
Qeyd olunur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarəni Rusiyaya xəbərdarlıq üçün vurulmasını təklif edib.
G20 sammiti dünyanın ən güclü iqtisadiyyatına malik olan dövlətlərin liderlərinin iştirakı ilə noyabrın 15-16-da Antaliyada keçirilib. İlin əsas iqtisadi toplantısı “Böyük iyirmilik” (G20) ölkələrinin liderlərinin sammiti yüksək səviyyədə keçib. İki gün davam edən sammitin gündəliyinə qlobal iqtisadiyyat məsələlərindən başqa, terrorla mübarizə, qaçqınlara yardım və miqrasiya problemləri kimi aktual məsələlərin müzakirəsi daxil edilib.
İnterpress.az