Baş Qərargah Rəhbərliyinin \”çox məxfi\” idarəsinin baş tutacaq 2015-ci ilin qış yığıncağı bu gün (26 noyabr) \”Marşal Fevzi Çaxmaq Zalı\”-nda keçiriləcək.
Baş nazir Əhməd Davudoğlunun sədrlik edəcəyi toplantıya, Milli Müdafiə Naziri İsmət Yılmaz, Baş Qərargah Rəisi General Xülusi Akarla yanaşı qüc strukturları komandanları ilə Jandarma baş komandanı da iştirak edəcək.
Suriya sərhədində \”SU24\” tipi Rus qırıcısının vurulma səbəb olduğu böhran toplantıya xüsusi bir məna yüklədi. Bu çərçivədə iclasda Rusiya ilə yaranmış böhranın hərbi tərəfi də müzakirə olunacaq.
İclasda, bununla yanaşı Türk Silahlı Qüvvələrinin ümumi vəziyyəti, PKK və İŞİD mövzusu gündəmdə müzakirə olunacaq..
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, axşam saat 19.30-da Ali Hərbi Şuranın (AHŞ) üzvlərinə Prezident İqamətgahında axşam yeməyi verəcək.
İnterpress.az