Yunanistan-İsrail-Cənubi Kipr ittifaqına ilk addımbackend

Yunanistan-İsrail-Cənubi Kipr ittifaqına ilk addım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstan Baş Naziri Aleksis Çipras dünən İsrailə səfər edib. Çipras İsraildə keçirəcəyi görüşlərdən sonra Fələstinə keçəcək.
Çipras Netanyahuya, Mısır-Yunanistan-Cənubi Kipr üçtərəfli liderlər zirvəsi kimi,İsrail-Yunanistan-Cənubi Kipr üçtərəfli liderlər zirvə toplantısı keçirilməsini təklif edəcəyi qeyd olunub.
Alınan məlumata görə, Çiprasın İsrail səfərində prioritet olaraq turizm, energetika və texnologiya sahələrində iki ölkə arasında iqtisadi əməkdaşlığın artırılması əsas məsələlər arasında yerləşir.

Yunanıstan Baş Naziri Aleksis Çiprasın, ilk rəsmi səfərini həyata keçirdiyi İsrailin Baş Naziri Benyamin Netanyahu ilə keçirdiyi görüşdə \”iki ölkə arasındakı əməkdaşlığı artırmaq\” qərarı alındığı bildirildi.
Qərbi Qüdsdə baş tutan görüşdən sonra Netanyahunun ofisindən edilən yazılı açıqlamada, iki liderin \”iqtisadiyyat, texnologiya, elm, təhsil, ticarət, enerji, kənd təsərrüfatı\” da daxil bir çox sahədə əməkdaşlığını artırmaq məsələsində razılaşdığı bildirilib.
Bir neçə saat davam etdiyi bildirilən görüşdə İsrail, Yunanıstan və Cənubi Kipr liderlərinin gələcək bir tarixdə üçtərəfli sammit keçirməsinin də qərara alındığı qeyd olunub.
Açıqlamaya görə, Netanyahu, \”Biz Aralıq dənizdəki iki demokratik ölkəyik və əməkdaşlıq edərək istifadə edəcəyimiz bir çox imkana malikik. Buna bərabər olaraq qarşımızda bir çox problem olduğunu da bilirik. Xüsusilə Yaxın Şərqə, Şimali Afrikaya və Avropaya çoxdan yayılmış olan, dünyamıza da yayılmağa çalışan dini radikalizmi ilə üzləşirik. Fürsətləri dəyərləndirmək və təhlükələri dəf etmək nöqtəsində ortaq maraqlara sahibik\” dedi.
Çiprasın atdığı iqtisadi addımları tərifləyən Netanyahu, \”özünün də keçmişdə İsrail üçün oxşar çətin iqtisadi addımlar atdığını\” bildirib. Yunan iqtisadiyyatının özünü toplayacağına inandığını bildirən Netanyahu, İsrailli investorları Yunanıstana sərmayə qoymağa çağırıb.

İsrail mətbuatında çıxan xəbərlərə görə, enerji məsələsinin qarşıya çıxdığı görüşdə Çiprasın, \”Strateji əməkdaşlığa doğru gedirik, ancaq yerinə yetirməli lazım olan başqa istiqamətlər olduğunu da unutmamalıyıq\” dediyi bildirilir.
Yunanıstan, İsrail və Cənubi Kipr arasında keçiriləcək görüşdə bu üç ölkənin \”enerji sahəsində necə əməkdaşlıq edəcəyinin\” müzakirə olunacağını qeyd edən Çipras, Netanyahu ilə İsrail-Fələstin məsələsini də müzakirə etdiyini və \”İsrailin dostu olaraq iki tərəf arasındakı danışıqları asanlaşdırmağı\” təklif etdiyini sözlərinə əlavə edib.
Çipras, bu gün də Qərbi İordanya keçəcək və Ramallahda Fələstin Prezidenti Mahmud Abbas ilə bir araya gələcək.
Çiprasın Yunanıstanın Ərəb ölkələri ilə münasibətlərini yaxşılaşdırmağı planlaşdırdığı bildirilib. 21-22 dekabr tarixlərində Fələstin lideri Abbasın da Yunanıstana səfər edəcəyi açıqlandı.

İnterpress.az