Türkmənlərdən pis xəbərbackend

Türkmənlərdən pis xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az türk mətbuatına istinadən xəbər verir ki, Əsəd Rusiyanın dəstəyi ilə dünən Kızıldağa çox böyük bir hücum başlamışdı.
Bayırbucaq Türkmənlərindən gələn son dəqiqə xəbərlər həyəcanlı oldu. Strateji əhəmiyyətə malik olan Kızıldağ təpəsi düşdü. Əsəd qüvvələri təpənin nəzarətini ələ keçirdi.
Əsəd rejiminin Rusların dəstəyilə Türkməndağı bölgəsinə qarşı davam etdirdiyi hücumlar fasiləsiz davam edir.
İki gün əvvəlki münaqişələrdə Türkmənlərin əlinə keçən strateji əhəmiyyətə malik Kızıldağ təpəsi, dünən səhər saatlarından etibarən bombardmana tutulub.

Təpəyə intensiv hücumlar edən Suriya Ordusu qüvvələri, qurudan zirehli vasitələrlə irəliləməyə çalışdı. Gecə gec saatlara qədər davam edən qarşıdurmalar nəticəsində Kızıldağ Əsəd qüvvələrinin əlinə keçdi.

Türkmənlərin güneydəki son kəndi olan Qimam və ətrafını ötən həftələrdə ələ keçirən Əsəd qüvvələri, yüksək olması səbəbindən strateji əhəmiyyətə malik Bürcul Kasab nöqtəsini almağa çalışır.

Suriya Türkləri Dərnəyinin Baş Katibi Əhməd Vəzir, bölgənin cənubunun intensiv şəkildə hədəfə alındığını deyib.

Cəbəl Əkradda dünən bəzi kəndlərin Əsəd ordusunun əlinə keçdiyini bildirən Vəzir, hər iki bölgənin də bir-birini tamamlayan məqamlar olduğunu, birinin işğal olunması vəziyyətində, digərini də əldən gedəcəyi fikrini vurğuladı.

İnterpress.az