AP, Müsəlmanlar üçün qara siyahı istədibackend

AP, Müsəlmanlar üçün qara siyahı istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Parlamentinin Xristian Demokrat Qrup üzvü Fransız parlamentari Rəşidə Dati tərəfindən hazırlanan hesabatdan sonra mübahisələrə səbəb olan bir qərar aldı. 110 səsə qarşı 548 səslə qəbul edilən qərarda, birlik üzvlərinə \”Radikal Müsəlmanların qara siyahısı\”-nı çıxarmaları tələb olundu. Qərarda, \”Terrorizmin heç bir din, təbəə və ya mədəniyyətlə əlaqələndirilə və əlaqələndirilməməsi lazım olduğu\” vurğusu yer alsa da birlik içində yaşayan Müsəlmanların bundan əziyyət çəkəcəyindən narahatlıq duyulur.
Strasburqdakı baş assambleyanın sessiyasında dünən qəbul edilən qərar mətnində, İraq və Suriyadakı \”radikal qruplar\” içində 5 mindən çox AB-yi vətəndaşının olduğu və \”əcnəbi döyüşçülər\” kimi tanınan bu şəxslərin Avropa üçün mühüm problem halına gəldiyi qeyd edilib. Müxtəlif sosial qruplardan gəldikləri vurğulanan bu adamların ortaq payda \”cəmiyyətdən qırılma hissi\” olduğuna monitorinqinə yer verilib.

Qərarda, üçüncü ölkələrə vuruşmağa getmiş \”radikalların\” Avropaya qayıtdıqda mühakimə olunmaları üçün \”əcnəbi döyüşçülər\” termini üzərində ortaq bir tərifdə razılığa gəlmələri üçün Aİ-ı dövlətlərinə müraciət edilib.

Terror təşkilatlarının AB vətəndaşları arasından kadr toplaması və radikallaşmağa qarşı AB-nin ortaq bir strategiya müəyyən etməsi lazım olduğu müdafiə edilib, birlik ölkələrindən \”cihadçılar\” və \”cihadçı terrorçu şüphəlilər\” lə bağlı \”qara siyahı\” yaratmaları tələb olundu.
Qətnamədə AB-nin terrorla mübarizə və təhlükəsizlik məsələlərində Əlcəzair, Misir, İraq, İsrail, Mərakeş, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Tunis və Körfəz Ərəb Ölkələri Əməkdaşlıq Şurası ilə dialoqu möhkəmləndirilməsi tələb olundu.
Ankara ilə də dekabr 2014-ci il tarixli Avropa İttifaqının Ümumi İşlər Şurasının qərarları çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi təklif edilib.

İnterpress.az