İnterpress.az xəbər verir ki, onu yaşadığı ünvandan polis naməlum istiqamətə aparıb. Hazırda həbs olunanların harada olduğu məlum deyil. Qeyd edək ki, bu gün Nardaranda \”Rəhimə Xanım\” ziyarətgahının yanında yerləşən Hüseyniyədə namaz vaxtı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib. Aldığımız məlumata görə, əməliyyat zamanı atışma baş verib. İlahiyyatçı Tale Bağırov və bir neçə dindar saxlanılaraq naməlum istiqamətə aparılıb. Hazırda Hacı Tale Bağırov və yaxınlarınının telefonlarına zəng çatmır. İlkin məlumatlara görə, 2 nəfərin dünyasını dəyişib, bir neçə nəfər də yaralanıb. Dünyasını dəyişənlərin Nardaran sakinləri olduğu qeyd edilir.
İnterpress.az