3 Nardaran sakini reanimasiyadadır, sakinlər İmam Hüseyn meydanına cəm olurbackend

3 Nardaran sakini reanimasiyadadır, sakinlər İmam Hüseyn meydanına cəm olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Nardaranda \”Rəhimə Xanım\” ziyarətgahının yanında yerləşən Hüseyniyədə namaz vaxtı polis əməkdaşları tərəfindən əməliyyat keçirilməsi haqda məlumat vermişdik. Aldığımız məlumata görə, əməliyyat zamanı atışma baş verib. İlahiyyatçı Tale Bağırov və bir neçə dindar saxlanılaraq naməlum istiqamətə aparılıb. İki Nardaran sakini dünyasını dəyişib, yaralananlar var. Bundan sonra Hacı Zülfüqar Mikayılzadənin də həbs xəbərini aldıq, onun da hara aparıldığı məlum deyil. İslamazeri.az-a daxil olan son məlumata görə, yaralananların 3-ü ağır halda, reanimasiyaya yerləşdirilib. Hazırda Nardaran sakinlərinin \”İmam Hüseyn\” meydanına toplaşdığı qeyd olunur. Bu arada APA məlumat yayıb. Agentliyin yaydığı xəbərə görə, Nardaranda baş vermiş əməliyyat zamanı bir polis işçisi ölüb, bir neçə polis isə yaralanıb.

*** *** ***

Nardaranda xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. Əməliyyat zamanı silahlı insident yaşanıb. Hadisə nəticəsində xeyli sayda yaralı Sabunçu Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralıların hamısı gənclərdir, onlardan birinin üzərində təcili əməliyyat aparılır.

İnterpress.az xəbər verir ki, Bizimyol.info-nun əməkadaşının hadisə yerindən verdiyi məlumata görə Nardaranda keçirilən xüsusi əməliyyat sonrası sakinlər kəndin meydanına toplaşaraq, etiraz aksiyası keçirməyə hazırlaşırlar.

3 Nardaran sakini reanimasiyadadır, sakinlər İmam Hüseyn meydanına cəm olur

İnterpress.az