Nardaranda polisə atəş açıldı-2 polis öldübackend

Nardaranda polisə atəş açıldı-2 polis öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən məlumat verilib.

Məlumata görə, ekstremistlər hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstəriblər. Bəzi islamçılar asayiş keşikçilərinə atəş açıblar. T.Bağırzadə və ekstremistlərin digər liderləri xüsusi əməliyyat nəticəsində həbs edilib.

Xəbərdə deyilir ki, ekstremistlər DİN əməkdaşlarına “Kalaşnikov” avtomatlarından atəş açıb, həmçinin döyüş qumbaraları atıblar. Hüquq Mühafizə Orqanlarından \”Qafqazinfo\”ya daxil olan məlumata görə, baş vermiş silahlı insidentlə bağlı yayılan məlumatlarda şişirdirmələrə yol verilir. Hadisə nəticəsində 2 polis əməkdaşı, qarşı tərəfdən isə bir Nardaran sakini həyatını itirib. Bir polis əməkdaşı və bir neçə kənd sakini isə yaralanıb.

Hüquq-mühafizə orqanları yaxın saatlarda bu hadisələrə dair rəsmi bəyanatla çıxış edəcək.