Konstantin Seyomin:”Araşdırmanın rəsmi nəticələrini gözləməliyik”backend

Konstantin Seyomin:”Araşdırmanın rəsmi nəticələrini gözləməliyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Rusiyanın ərəb dilli \”Əl-yovm\” televiziya kanalına Rusiyalı analtik Konstantin Seyomin müsahibə verib.O, müsahibəsində Türkiyənin 2 \”F-16\”-sının Rusiya qırıcısına hücum edərək onu raketlə vurması barədə deyib: \”Araşdırmanın rəsmi nəticələrini gözləməliyik.Sözü gedən hadisə barədə müxtəlif fərziyyələrin irəli sürülməsinin şahidi olacağıq. Halbuki, Rusiya bu qırıcının Suriya səmasında vurulduğunu elan edəcək, NATO isə Türkiyə mövqeini müdafiə etməyə çalışacaq. Bu hadisədən sonra Amerika və Rusiyanın birgə koalisiya yaratmaq cəhdləri nəticəsiz qalacaq. Cənubi Osetiya və Ukrayna müharibəsi, Rusya-NATO münasibətlərində yaranan gərginlikdən sonra Türkiyə Moskva qarşısında müsbət mövqe seçdi\”.
K.Seyomin artırıb: \”Mənə belə gəlir ki, Rusiya qırıcısının vurulması Türiyə silahlı qüvvələri komandanlığının müstəqil qərarı olmayıb. Sözsüz, belə bir durumda NATO ilə razılaşma olmuşdur. Şahidi olduğumuz hadisə sübut edir ki, NATO Rusiya ilə qarşılaşmaq ardıncadır. İndi ölkə başçısı Vladimr Putinin sözünü gözləməliyik. Putin, dünən İranda keçirilən Qaz İxrac edən Ölkələr Forumuda iştirak etdi. Eyni zamanda S-300 Hava Hücumundan Müdafiə sistemlərinin də İrana verilməsi elan edildi. Bu məsələ İranı sevməyən ölkələr üçün çox həssas idi. Məncə, Türkiyə və NATO-nun mövqelərinin dəyişməsinin dünən Tehranda baş verən hadisələrlə əlaqəsi vardır\”.

İnterpress.az